SON XƏBƏRLƏR

Son günlər İdlibdə İrana bağlı "Fatimiyun" və "Zeynəbiyun" qruplaşmalarının 21 üzvü həlak olub

2021.10.20, 07:36
Son günlər İdlibdə İrana bağlı "Fatimiyun" və "Zeynəbiyun" qruplaşmalarının 21 üzvü həlak olub

Gunaz.tv

GünAz TV: Son günlər Suriyanın İdlib əyalətində baş verən hərbi toqquşmalar nəticəsində İrana bağlı "Fatimiyun" və "Zeynəbiyun" yaraqlı dəstələrinin 21 üzvü həlak olub.

 

Bu barədə "Qom.news" agentliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, həmin yaraqlıların bu gün Qum qəbirsanlığında dəfn mərasimləri keçirilib.

 

Ölənlərdən 18 nəfəri "Zeynəbiyun", 3 nəfəri isə "Fatimiyun" qruplaşmasının üzvüdür. Yaraqlıların hansı şəraitdə ölmələri ilə bağlı isə məlumat verilmir. Onların Türkiyənin 33 hərbçisinin Əsəd rejimi tərəfindən öldürülməsinə cavab olaraq şənbə günü keçirdiyi əməliyyat nəticəsində həlak olmaları istisna edilmir.

 

Xatırladaq ki, "Fatimiyun" və "Zeynəbiyun" qruplaşmaları "Sepah" terror təşkilatının "Qüds Briqadası" tərəfindən İranda mühacir kimi yaşayan Pakistan və Əfqanıstanın şiə vətəndaşlarından formalaşdırılıb. Həmin qruplaşmalara cəlb olunanların əksəriyyəti İran rejimi tərəfindən təhdid edilərək bu qruplaşmalara qoşulduqlarını bəyan edirlər. Belə ki, "Sepah" bu qruplaşmalara qoşulub, Əsəd rejimini qorumaq üçün döyüşməyəcəkləri təqdirdə, onları və ailə üzvlərini İrandan çıxararaq, öz ölkələrinə qaytaracaqları ilə təhdid edib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar