SON XƏBƏRLƏR

Sorğunun nəticəsi – “Traxtur” Asiyanın ən populyar komandasıdır

2021.10.20, 07:36
Sorğunun nəticəsi – “Traxtur” Asiyanın ən populyar komandasıdır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası Asiya qitəsinin ən populyar komandasıdır.

 

Bunu “Football-clubs” saytının apardığı sorğunun nəticəsi göstərib.

 

Məşhur rəsmi sayt bir neçə gündür ki, qoca qitənin ən populyar komandasını müəyyənləşdirmək üçün sorğu keçirir. İlkin nəticələrə görə, “Traxtur” verilən səslərin 23 faizini qazanaraq reytinq cədvəlinə liderlik edir.

 

Hazırda “Football-clubs” saytı sorğunu davam etdirir, nəticə dəyişə bilər.

 

Reytinq cədvəlində “Traxtur”dan sonra “Perspolis” və “Al-Hilal” komandaları yer alıb.

 

Sorğuya qatılmaq istəyənlər http://www.football-clubs.com/afc/ saytına müraciət edə bilərlər.

 

Qeyd edək ki, ilk öncə Güney Azərbaycanda məşhurlaşan “Traxtur” komandası sonralar sərhədləri aşaraq bütün türk dünyasında tərəfdarlar qazandı, hətta tərəfdarlarının sayına görə türk ölkələrinin birinci komandası səviyyəsinə yüksəldi. Güney Azərbaycan komandası artıq Asiya qitəsi və dünya üzrə adı çəkilən məşhur komandalar sırasındadır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar