SON XƏBƏRLƏR

Sosial Şəbəkə istifadəçiləri Urmu gölünün qurudulmasına etiraz edib / Gölün şəkilləri Amerika dərgisində nəşr olunub – GÖRÜNTÜ

2021.10.20, 07:36
Sosial Şəbəkə istifadəçiləri Urmu gölünün qurudulmasına etiraz edib / Gölün şəkilləri Amerika dərgisində nəşr olunub – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Yüzlərlə ətraf mühit tərəfdarı olan sosial şəbəkə istifadəçiləri Urmu gölünün qurudulmasına etiraz olaraq Twitter fırtınası keçirib.

 

Fevralın 5-i Təbriz vaxtı ilə saat 21:00-da başlayan kampaniyaya bir sıra Türkiyə və Azərbaycan Respublikasının tərəfdarları da qoşulub.

 

 

Kampaniyaya qatılanların bir çoxu, o cümlədən Türkiyə vətəndaşları Urmu gölünün qəsdən qurudulmasına inadıqlarını qeyd ediblər. Onlar düşünür ki, İran rejimi bununla türklərin bölgədən köçməsinə şərait yaradır.

 

 

“#Save_Lake_Urmia” Hashtag-ından istifadə edərək Twitter fırtınasına qoşulan ətraf mühit tərəfdarları bu vasitə ilə səslərini dünya ictimaiyyətinə çatdırmaq istədiklərini bildirib və bir daha İran rejimini Urmu gölünü qurtarmağa çağırıblar.

 

 

Bu arada Amerika Birləşmiş Ştatlarında (ABŞ) “Dek Unu” aylıq dərgisi mərəndli fotoqraf Səid Məhəmmədzadənin Urmu gölündən çəkdiyi şəkilləri fevral ayındakı sayında dərc edib.

 

Urmu gölünün ölümlə üz-üzə olduğunu qeyd edən jurnal son sayında göldən çəkilmiş 11 şəkil dərc edib, gölün 95 faizinin quruduğunu diqqətə çatdırıb.

 

“Dek Unu” JURNALI Urmu gölü böhranına səbəb olan bəzi səbəblərə də işarə edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar