SON XƏBƏRLƏR

Şotda əsəbi kişi həyat yoldaşını öldürdükdən sonra intihar edib - GÖRÜNTÜ

2021.10.20, 07:36
Şotda əsəbi kişi həyat yoldaşını öldürdükdən sonra intihar edib - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Qərb Azərbaycan Əyalətinin Şot şəhərində azərbaycanlı bir ailədə faciə baş verib.

 

Məlumata görə, Makı şəhərinin yaxınlığında yerləşən Şotda hələlik kimliyi məlum olmayan bir kişi həyat yoldaşını odlu silahla qətlə yetirdikdən sonra öz canına qəsd edib.

 

Hadisə noyabrın 15-də İmam xiyabanında baş verib. Ər-arvadın meyitinin küçənin ortasında görünməsi çox ağrılı və kədərli bir səhnəni nümayiş etdirib.

 

Bu hadisə Qərbi Azərbaycan Əyalətində son 3 gündə baş verən üçüncü intihar faktıdır.

 

Noyabrın 13-də 22 yaşlı qız Urmiyənin “Şeyx təpə” məhəlləsində özünü bir binanın üstündən ataraq həyatına son qoymuşdur.

 

Noyabrın 14-də isə Urmiyənin Sero caddəsində bir 45 yaşlı kişi kimyəvi turşu içərək intihar edib.

 

Güney Azərbaycanda intihar faktlarının artması təsadüfi deyil. Bir çoxları bölgədə intihar göstəricilərinin yüksək olmasını sosial ədalətsizliklə əlaqədarir. Ölkə əhalisinin yaşadığı ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər şübhəsiz ki, insanların ictimai və fərdi həyatını dərindən ətkiləyir və intihar kimi hadisələrə yol açır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar