“Soyqırımı törədilibsə, niyə ermənilərə məxsus kütləvi məzarlıq tapılmayıb?” - Şamil Ayrım

2021-04-26 11:27

“ABŞ prezidenti Co Bayden 1915-ci ildə Anadoludakı hadisələri “erməni soyqırımı” kimi qəbul etdi. 40 il əvvəl prezident Reyqan 1981-ci ildəki hadisələri təsvir etmək üçün eyni ifadəni istifadə etmişdi.

Gunaz.tv Quote | Gunaz article

Bayden bu açıqlamanı erməni lobbisini və seçki kampaniyasına maddi dəstək verən erməni seçiciləri razı salmaq üçün etdi. Bu ifadənin tarixi, hüquqi və ya siyasi əsası yoxdur”.

 

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım deyib. O qeyd edib ki, tarixi siyasi repressiya kimi istifadə etmək üçün yenidən yazmaq cəhdləri qəbuledilməzdir:
“Tarixi lobbi qruplarının fəaliyyətindən təsirlənən siyasətçilər deyil, həqiqəti axtaran tarixçilər yazmalıdır.

 

1915-ci il hadisələri siyasətçilər tərəfindən deyil, tarixçilər tərəfindən öyrənilməlidir. Özünü o dövrdəki hadisələrin məzlum bir ölkəsi kimi göstərməyə çalışan Ermənistan tarixin ortaq bir komissiya tərəfindən nəzərdən keçirilməsini qəbul etmədi. Prezidentimizin 15 aprel 2005-ci il tarixdə Ermənistanın o zamankı prezidenti Robert Koçaryana göndərdiydi məktub hələ də cavab gözləyir. Tarixi yenidən yazmaq cəhdləri və siyasi repressiya üçün istifadəsi qəbuledilməzdir”.


Deputat vurğulayıb ki, Birinci Dünya Müharibəsinin dağıdıcı və travmatik şərtləri altında qəbul edilmiş 24 aprel 1915-ci il tarixli deportasiya qərarı ermənilərin məhv edilməsinə yönəlmiş bir siyasətin məhsulu deyildi:


“1 milyon 500 minə yaxın erməninin öldürüldüyü iddia edilir. 1912-1922-ci illər arasında 2 500 000 müsəlman və türk ermənilər tərəfindən öldürüldü, 1 500 000 adam qırılsaydı, kütləvi məzarlara basdırılmazdımı? Kütləvi məzarlıqlar harada yerləşir? Türklərə məxsus kütləvi məzarlıqlar ortaya çıxarıldığı zaman niyə ermənilərə məxsus kütləvi məzarlıq da tapılmadı? Amerika hindulara və digər yerli xalqlara etdiyi soyqırımı və qırğınları unutdurmağa çalışır?

 

Bundan əlavə, 1918-ci ildə indi Ermənistan adlanan dövlətin ərazisində yaşayan 600 000-dən çox Azərbaycan türkü Azərbaycana sürgün edildi, onlardan 50 000-i inanılmaz işgəncələrlə öldürüldü. Yenidən ən yeni tariximizdə, 1992-ci ildə Azərbaycanın işğal altında olan Qarabağ ərazisindəki Xocalı şəhərində baş verən soyqırımında 700-dən çox Azərbaycan türkü vəhşicəsinə qətlə yetirildi.

 

Bu ikili standart və 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımaq və təqdim etmək səyləri normallaşmanın baş verdiyi bir dövrdə bədxahlığın göstəricisi olacaqdır”. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15