Soyuqbulağın kürd millət vəkili Urmu gölünə su buraxılmasına qarşı çıxdı

2021-04-17 15:10

Radikal kürd millətçisi kimi tanınan Soyuqbulağın İran parlamentindəki nümayəndəsi Calal Mahmudzadə çaylar üzərində qurulan bəndlərdən Urmu gölünə suyun buraxılmasına qarşı çıxıb.

Gunaz.tv Quote | Gunaz article

O, “TASNİM” xəbər agentliyinə verdiyi müsahibədə bunu bu il ərzində yağıntıların 40% azalması ilə əlaqələndirib.

“Urmu gölünə su buraxıldığı təqdirdə əkinçilik və bağ sahələri susuz qalacaq və quruyacaq”-deyə, o, bildirib.

 

Başqa vaxt yağıntının çox olduğu zamanlarda da Urmu gölünə su buraxılmasına qarşı çıxan millət vəkili deyib: “İlk-öncə içməli su və əkinçilik sahələrinin suvarılmasına lazim olan su bəndlərdən təmin olunmalıdır. Urmu gölünün su payı isə hərtərəfli ölçülüb biçilməlidir”.

 

Qeyd edək ki, aprelin 12-də Urmu gölünün Reabilitasiyası Mərkəzinin məsulu Məsud Təcrişi İranın Enerji Nazirliyini sərt şəkildə tənqid edərək bəndlərdə yığılan sudan Urmu gölünün payına düşən suyu buraxmamaqda günahlandırıb.

 

O, bildirib ki, Urmu gölünə axan çayların üzərində qurulan bəndlərdə su yığılır və razılaşmaya əsasən ilin bəlli vaxtlarında su gölə buraxılır. Ancaq Enerji Nazirliyi son bir ildə gölə suyun buraxılmasının qarşısını alıb.
 
Təcrişi deyib ki, 2020-2021-ci illər ərzində Urmu gölünün su payı 640 milyon kubmetr hesablanıb. Ancaq yalnız 160 milyon kubmetr gölə su buraxılıb.
 
1967-ci ildə Urmu gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına salınıb.

 

Urmu gölünün qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çayların üzərində su anbarlarının tikintisinə başlanılıb. "Kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb.

 

Mütəxəssislər gölün quruyacağı təqdirdə bğlgədə ekoloji fəlakətin baş verəcəyini və milyonlarla insanın köç etməyə məcbur olacağını bildirirlər.


C.E

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11