SON XƏBƏRLƏR

İsrail generalı: “İranın hər bir raket hücumuna minlərlə raketlə cavab verəcəyik”

2021.12.27, 13:19
İsrail generalı: “İranın hər bir raket hücumuna minlərlə raketlə cavab verəcəyik”

Gunaz.tv

İranın ölkəsinə və regionun sabitliyinə qarşı yönələn təhdidlərinə toxunan general Ori Qordin deyib ki, İsrail ordusu İranın bu ölkəyə qarşı hər bir raket hücumuna minlərlə raketlə cavab verəcək.

“Biz İranla üz-üzə gəlməklə bağlı hər bir ssenariyə hazırlaşır, müdafiə qabiliyyətlərimiin səviyyəsini qaldırırıq. Biz İranın hər hansı bir raket hücumunun qarşısını almağa hazırıq.

Hesab edirəm ki, biz hər bir ssenariyə həmişə hazır olmalı, ölkənin daxili cəbhəsini gücləndirməli, bu xüsusda olan çatışmazlıqları aradan qaldırmalıyıq”, -deyə İsrail Daxili Cəbhə Komandanlığının rəisi general-mayor Ori Qordin bildirib. 

Xatırladaq ki, SEPAH terror təşkilatının son günlər ölkənin cənubunda keşirdiyi “Pəyambər-i Əzəm 17” adlı hərbi təlimlərdə  İsrailin Dimona atom stansiyasına qarşı hücum simulyasiya edilib.

Yayılan məlumata görə, təlimlər zamanı İsrailin Dimona atom stansiyasına qarşı hücumun simulyasiya edilməsində 16 ədəd ballistik raketdən və 5 intiharçı pilotsuz uçuş aparatından (PUA) istifadə edilib.

Simulyasiya edilmiş səhnələrdə isə İsrailin Dimona atom stansiyasına qarşı raket zərbələrinin endirildiyi müşahidə edilir.

gun az article

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar