SON XƏBƏRLƏR

İsrail kəşfiyyat xidməti İran qonşuluğunda fəaliyyətə başlayıb

2022.02.24, 06:33
İsrail kəşfiyyat xidməti İran qonşuluğunda fəaliyyətə başlayıb

Gunaz.tv

İsrail radiosunun verdiyi məlumata görə, Bəhreyn xarici işlər nazirinin müavini İsrailin müdafiə naziri Beni Qants ilə birgə keçirdiyi mətbuat konfransında bu barədə danışıb.

İsrail kəşfiyyatının Bəhreyndə fəaliyyətə başlaması Bəhreyn və İsrail arasında rəsmi olaraq "İbrahim" müqaviləsi kimi tanınan normallaşma anlaşması çərçivəsində reallaşıb.

Bəhreyn və İsrail arasında diplomatik münasibətlərin və digər məsələlərin normallaşdırılmasına yönəlmiş saziş ABŞ, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin 13 avqust 2020-ci il tarixli birgə bəyanatından sonra prezident Donald Tramp tərəfindən 11 sentyabr 2020-ci ildə elan edilib. 

Bəhreyn İsraili tanıyan dördüncü ərəb ölkəsidir və İranın torpaq iddiası etdiyi Bəhreyndə Mossadın bazasının qurulması İran rejiminin siyasi məğlubiyyətinin nümunəsidir.

Ərəb ölkələrinin “İbrahim” adlı pakt çərçivəsində İsraillə yaxınlaşmasından sonra İran rejimi dəfələrlə buna etirazını bildirib və hər zaman olduğu kimi İsrailin dövlət kimi yer üzündən silinəcəyi barədə iddialarını təkrar edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar