SON XƏBƏRLƏR

İsrail mənbələri: "Rusiya-İran peyki İsrailin və Qərbin maraqlarına zərər vura bilər"

2022.08.10, 04:14
İsrail mənbələri: "Rusiya-İran peyki İsrailin və Qərbin maraqlarına zərər vura bilər"

Gunaz.tv

“Jerusalem Post”un verdiyi xəbərə görə, İran “Moskva bu peykdən Ukraynada kəşfiyyat imkanlarını gücləndirmək üçün istifadə edə bilər” iddiasını rədd edib. Tehran İranın ilk gündən ona tam nəzarət edəcəyini bildirib.

İran bu peykin elmi tədqiqatlar, o cümlədən kənd təsərrüfatı məqsədləri, radiasiya və ətraf mühitin monitorinqi üçün nəzərdə tutulduğunu iddia edir.

İsrail rəsmiləri isə Moskva və Tehran arasında kosmos sahəsində son əməkdaşlığın İranın gələcəkdə potensial olaraq nüvə başlığı olan qitələrarası ballistik raketlər buraxmaq imkanlarını artıracağından narahatdırlar.

Bununla yanaşı İsrail bu peyk vasitəsilə bu ölkədə və bütün regionda hədəflərinə nəzarətin artacağı və təkmilləşəcəyindən nigarandır.

Eyni halda Amerika və Qərb bu peykdən Moskvanın Ukraynada kəşfiyyat imkanlarını gücləndirmək üçün istifadə edəcəyindən narahatdır.

İsrail rəsmiləri Tehranın fotoşəkilləri əldə edə və hücumlarının dəqiqliyini və effektivliyini artırmaq üçün onları Hizbullah və Həmas kimi qruplara təqdim edə biləcəyini deyirlər.

İyun ayının ortalarında verilən hesabatda deyilirdi ki, yeni peyk Fars körfəzindəki neft emalı zavodları və İsrail hərbi bazalarından tutmuş, Amerika qoşunlarının yerləşdiyi İraq kazarmalarına qədər müxtəlif obyektləri davamlı olaraq izləməyə imkan verəcək.

İran peykin yerli istehsal olduğunu iddia etsə də, Rusiyanın Tehrandakı səfirliyi bunun təkzib edən məlumat yayıb.

""Xəyyam" peyki İranın sifarişi ilə Rusiya şirkətləri tərəfindən hazırlanıb"-deyə, Rusiyanın İrandakı səfirliyi avqustun 9-da özünün sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, avqustun 9-da İrana məxsus “Xəyyam” peyki Bakı vaxtilə saat 09:52 dəqiqədə Rusiyanın “Soyuz” peyk raketi ilə Qazaxıstandakı Baykonur kosmik bazasından orbitə buraxılıb.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar