SON XƏBƏRLƏR

İsrail mediası: “Beni Qants İrana hücum vaxtının cədvəlini amerikalılara təqdim edib”

2021.12.13, 13:02
İsrail mediası: “Beni Qants İrana hücum vaxtının cədvəlini amerikalılara təqdim edib”

Gunaz.tv

Bu barədə İsrail mediası dekabrın 11-i axşam saatlarında bu ölkənin adının açıqlanmasını istəməyən yüksək vəzifəli təhlükəsizlik rəsmilərindən birinə istinadən məlumat yayıb.

İsrail rəsmisi deyib ki, Qants İrana hücumla bağlı vaxt cədvəlini dekabrın 9-da Vaşinqtonda yüksək vəzifəli Amerika rəsmiləri ilə keçirdiyi görüündə onlara təqdim edib.

O həmdə qeyd edib ki, Amerika İsrailin İrana hücum etmək niyyətində olmasına qarşı çıxmayıb və Tel-Əvivin bu istəyinə veto qoymayıb.

Bu arada İsrailin populyar “Ynet” saytı məsələ ilə bağlı yaydığı bir xəbərdə Amerikanın İrana qarşı hərbi seçimi hələdə qəbul etmədiyini və bu barədə hələ də qəti qərarını vermədiyini bildirsə də, İsrailin İrana qarşı sanksiyaları gücləndirmək üçün Amerikaya təzyiqini davam etdirdiyini xatırladıb.

İsrailin müdafiə naziri Beni Qants isə dekabrın 11-də bu ölkənin “Haaretz” qəzetinə açıqlamasında İsrail ordusuna İrana qarşı hücuma hazırlaşması üçün göstəriş verdiyini bildirib.

“Vyanada aparılan nüvə danışıqlarında hər hansı bir irəliləyiş olmayıb və dünya gücləri də İran İslam Respublikası danışıqlarda ciddi olmadığını artıq başa düşüblər”, -deyə İsrailin müdafiə naziri Beni Qants “Haaretz” qəzetinə açıqlamasında bəyan edib. 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar