SON XƏBƏRLƏR

İsrail mediası: "İran və "Hizbulla"h Suriyadakı mövqelərindən geri çəkilib"

2022.09.16, 10:16
İsrail mediası: "İran və "Hizbulla"h Suriyadakı mövqelərindən geri çəkilib"

Gunaz.tv

İsrail mediası bu ölkənin yüksək rütbəli rəsmisinə istinadən bu xəbəri dərc edərək, İranın və onun proksi qruplarının geri çəkilməsini İsrail ordusunun hücumlarının nəticəsi adlandırıb.

Bu xəbərin dərci təxminən iki həftə əvvəl Londonda nəşr olunan “Şərq-ül-Avsat” qəzetinin bir hesabatında Rusiyanın İran silahlı birləşmələrindən Suriyanın Həma əyalətinin qərbində, eləcə də mərkəz və qərbdəki mövqelərini boşaltmalarını istədiyi bir vaxta təsadüf edir. 

“Şərq-ül-Avsat” bildirib ki,  Rusiyanın bundan məqsədi onların İsrail tərəfindən hədəfə alınmasının qarşısını almaq və həmçinin Suriyanın bu bölgələrində sabitliyi qorumaqdır.

İsrail tərəfindən Hələb və Dəməşq hava limanlarına edilən son hücumlar İranın Suriyadakı "Hizbullah" və ona bağlı silahlı qruplaşmalara silah göndərməsinin qarşısını almaq məqsədilə həyata keçirilib.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar