SON XƏBƏRLƏR

İsrail ordusu: "İran uranın 90% saflıqla zənginləşdirilməsinə çatacaq"

2022.11.22, 10:39
İsrail ordusu: "İran uranın 90% saflıqla zənginləşdirilməsinə çatacaq"

Gunaz.tv

İsrail ordusunun kəşfiyyat rəisi general Aharon Xaliva deyib ki, İran yəqin ki, yaxın vaxtlarda ən azı simvolik olaraq uranı 90% saflığa qədər zənginləşdirəcək. Bu, zənginləşdirilmiş uranın hərbi və silah səviyyələri üçün tələb olunan təmizlik dərəcəsidir.

Bazar ertəsi, noyabrın 21-də Təl-Əvivdə Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun iclasında çıxış edən Xəlivə dünyanın tezliklə görünməmiş bir şəkildə sınaqdan keçiriləcəyini bildirib. 

Onun sözlərinə görə, İran İslam Respublikası bu günə qədər uranın zənginləşdirilməsinin silah həddini keçməyə cəsarət etməyib.

Ötən həftənin əvvəlində “Jerusalem Post” yüksək səviyyəli İsrail mənbələrinə istinadən bildirib ki, ölkə hələ də İranın nüvə avadanlığına genişmiqyaslı hücum etmək niyyətində deyil.

Mənbənin iddiasına görə, İranın nüvə bombasını əldə etmək qabiliyyətinə nail olmasına hələ iki il qalır.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar