Hersoqun ofisindən bildirilib ki, birinci xanımla səfər edəcək prezident 30-31 yanvar tarixlərində səfəri zamanı Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan ilə görüşəcək.
"İsrail prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə ilk səfərini etməklə tarix yazmaqdan qürur duyuruq", deyə Herzoqun bəyanatında bildirilir və ölkələrin "yeni birgə gələcəyin əsaslarını qoyduqları"-deyə, qeyd edilib.
Onun ofisindən bildirilib ki, Hersoq Dubay rəhbəri və yüksək səviyyəli hökumət rəsmiləri ilə də görüşəcək və Dubay Expo sərgisini ziyarət edəcək.
Səfər zəngin BƏƏ-nin onilliklər boyu davam edən ərəb konsensusunu pozması və İsraillə diplomatik əlaqələr qurmasından təxminən 16 ay sonraya təsadüf edir.
Bu addım fələstinliləri qəzəbləndirən, "Abraham Sazişləri" kimi tanınan ABŞ-ın vasitəçiliyi ilə imzalanmış bir sıra müqavilələrin bir hissəsi idi.
Baş nazir Naftali Bennett keçən ay BƏƏ-yə səfər edən ilk İsrail hökumət başçısı kimi tarixə düşüb. Bu səfər qismən İsrailin təhlükəsizlik prioritetlərindən biri olan İranın nüvə proqramı ilə bağlı beynəlxalq danışıqlarla bağlı idi.
Hersoq BƏƏ-yə rəsmi səfər edən ilk İsrail dövlət başçısı olacaq.
O söz verib ki, ölkələr arasında “yeni cəsarətli tərəfdaşlıq” “Yaxın Şərqi dəyişdirəcək” və İsrail "Abraham Sazişləri"ni imzalayan ərəb dövlətlərinin siyahısını genişləndirmək niyyətindədir.
Razılaşmalar ABŞ-ın sabiq prezidenti Donald Trampın dövründə əldə edilib, lakin prezident Co Bayden administrasiyası tərəfindən təsdiqlənib.
Bəhreyn və Mərakeş də razılaşmalara əsasən İsraillə əlaqələri normallaşdırıb.
Sudan buna razılıq verib, lakin Xartumda qeyri-sabitlik fonunda rəsmi diplomatik münasibətlər hələ yaradılmayıb. (amerikanınsesi)
Ayxan