SON XƏBƏRLƏR

İsrail prezidenti: “İranın atom boması əldə etməsinin qarşısı alınmalıdır” - FOTO

2021.12.22, 10:12
İsrail prezidenti: “İranın atom boması əldə etməsinin qarşısı alınmalıdır” - FOTO

Gunaz.tv

İsrail prezidenti Ceyk Sallivanla apardığı danışıqlardan sonra “Twitter” hesabında görüşün nəticələri barədə paylaşım edib.

Dövlət başçısı deyib ki, İranın atom silahına yiyələnmək üçün nüvə proqramını sürətlə inkişaf etdirməsi ciddi narahatlığa səbəb olub.

“Bu axşam Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla keçirdiyim görüşdə, nəyin bahasına olur-olsun İranın atom bombası əldə etməsinin qarşısının alınmasının zəruri olmasına təkid etmişəm”, -deyə İsrail prezidenti İshaq Herzoqun “Twitter” hesabında etdiyi paylaşımında bildirilir. 

İshaq Herzoq ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla danışıqlarının detallarını açıqlamayıb. 

Image

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar