SON XƏBƏRLƏR

İrana hücum olacaq?- İsrail qırıcıları məşqlərə başladı

2021.10.22, 10:35
İrana hücum olacaq?- İsrail qırıcıları məşqlərə başladı

Gunaz.tv

Bu barədə İsrailin “Şəbəkə 12” xəbər telekanalı və “İsrael Tims” saytı oktyabrın 21-də məlumat yayıb.


Məlumatda bildirilir ki, İsrail qırıcları iki il fasilədən sonra İranın nüvə mərkəzlərinə qarşı mümkün hərbi hücum üçün yenidən məşqlərə başlayıb.


Qeyd edilir ki, Amerika Birləşmiş Ştatlarının İranı Vyanadakı nüvə danışıqlarına qaytarmaqda və onunla yeni bir razılaşma imzalamaqda uğursuzluğa düçar olmasının ardınca, İsrail Ordusunun Baş Qərargah rəisi Aviv Koxavi, qırıcıların hava hərbi-təlim məşqlərinə yenidən başlanmasına göstəriş verib. 


Yayılan məlumata görə, İsrail və bəlkə də Vaşinqton İranla diplomatiyanın uğursuz olması təqdirdə hərbi seçimə üstünlük veriləməsinin əhəmiyyətini dərk ediblər.


Belə ki, hər iki ölkə belə bir qənaətə gəliblər ki, danışıqlar masası üzərində icraya hazır bir hərbi variant və seçim olmasa, İranı danışıqlara qayıtmağa vadar etmək çox çətin olacaq”, -deyə İsrailin “Şəbəkə 12” xəbər telekanalı və “İsrael Tims” saytının yaydığı məlumatında bildirilir.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar