SON XƏBƏRLƏR

İsrail qırıcıları Suriya ordusunun və İranın bu ölkədəki təmsilçi qüvvələrinin mövqelərini bomabardman edib

2021.10.26, 10:45
İsrail qırıcıları Suriya ordusunun və İranın bu ölkədəki təmsilçi qüvvələrinin mövqelərini bomabardman edib

Gunaz.tv

Hava hücumu, İsrailin baş naziri Naftali Bennetin Soçiyə səfərindən və onun Rusiya prezidenti Vladimir Putinlə 5 saatlıq görüşündən bir gün sonraya təsadüf edib.

Bildirilir ki, hava hücumları Bennetin Putinlə bu xüsusda razılığa gəlməsindən və Rusiya prezidentinin bu kimi hücumları davam etdirmək üçün İsrailə yaşıl işıq verməsindən sonra gerçəkləşdirilib. 

Mərkəzi ofisi Londonda olan Suriyada İnsan Hüquqları üzrə Monitorinq Qrupunun yaydığı məlumata əsasən, Suriyanın Əl-Qənitrə, Əl-Kərum və Əl-Bəəs məntəqələrində gerçəkləşdirilən zərbələri nəticəsində Suriyanın hava hücumundan müdafiə sistemləri, digər rejiminin hərbi təsisatları, eləcə də İranın bu ölkədə dəstəklədiyi yarımhərbi qüvvələrin mövqeləri hədəfə alınaraq məhv edilib.

Hücumda ölənlərin olmadığı bildirilsə də, hava zərbələrinin böyük zərər-ziyana səbəb olduğu bildirilir.

 Xatırladaq ki, İranın Suriyada hərbi varlığını möhkəmləndirməsinin qarşısını almağa çalışan İsrail ordusu mütəmadi olaraq, Suriyada İranın və onun bu ölkədəki müttəfiqlərinin hərbi mövqelərinə hücum edir.

6a7d2d0a-3f03-49c0-8a10-dd2076977f6a.jpg

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar