SON XƏBƏRLƏR

İsrail rəsmiləri: Amerika İranla danışıqların uğursuzluğunu elan etməyə hazırlaşır

2022.04.27, 09:49
İsrail rəsmiləri: Amerika İranla danışıqların uğursuzluğunu elan etməyə hazırlaşır

Gunaz.tv

İsrail-Amerika milli təhlükəsizlik müşavirlərinin görüşündə bir sıra İsrail rəsmiləri bildiriblər ki, Amerika hökuməti getdikcə daha çox İranla razılığa gəlmək şanslarının əhəmiyyətli dərəcədə azaldığı qənaətinə gəlirlər. 

“İsrael Hume” və İsrail dövlət radiosu hökumət rəsmilərinə istinadən bildirib ki, Amerika rəsmiləri nüvə danışıqlarının uğursuzluğa uğramasını elan etməyə hər zamankındən daha çox hazırdırlar.

Bayden hökuməti yeni bir ssenari ilə bağlı hazırlıqlara başlayıb və bu ssenaridə nüvə danışıqlarının bərpası nəzərdə tutulmur. 

Ötən həftə İsrail hökumətinin yüksək rütbəli rəsmisi deyib ki, Bayden hökuməti nüvə müzakirələri ilə bağlı sənədi imzalayan üç Avropa dövlətinə İnqilab Keşikçilərini Korpusunun terror qrupları siyahısından çıxarmaq niyyətində olmadığını bildirib”- deyə, "Aksius xəbər saytı məlumat paylaşıb.

Ağ Ev verdiyi açıqlamada Amerikanın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın israilli həmkarı Eilat Holata ilə bir sıra regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə etdiyini və Ağ Evin milli təhlükəsizlik müşavirinin İsrailin İran hökuməti və onun dəstəklədiyi qruplaşmalar təhdid edildiyindən narahat olduğunu bildirib.

Bununla yanaşı Amerikanındövlət katibi Entoni Blinken aprelin 26-da deyib ki, Bayden administrasiyası Tehranın İnqilabı Keşikçiləri Korpusunu xarici terrorçu qruplar siyahısından çıxarmaq tələbinə əməl etməyəcək.

Blinken Senatın Xarici Əlaqələr Komitəsinin üzvləri ilə görüşdə senator Ted Kruzla İnqilab Keşikçiləri ilə bağlı ortaq fikrinə istinad edərək, nüvə danışıqlarının bərpası üçün Tehranın tələblərinə boyun əyməyəcəyini dolayısı ilə bəyan edib.

Qeyd edək ki, Danışıqların bərpası və razılığın əldə edilməsi üçün İranın İnqilab Keşikçiləri Korpusunun terrorçu qruplar siyahısından çıxarılması şərti Amerikanın bir çox siyasətçiləri, bəzi ölkələrin rəsmiləri və bir sıra iranlı siyasi və mədəni fəallar tərəfindən kəskin reaksiyalarla qarşılanıb. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar