SON XƏBƏRLƏR

İsrail rəsmiləri İranın nüvə obyektlərinə hücum etməyə hazır olduqları barədə razılığa gəliblər

2023.02.22, 12:08
İsrail rəsmiləri İranın nüvə obyektlərinə hücum etməyə hazır olduqları barədə razılığa gəliblər

Gunaz.tv

Bu barədə İsrailin "12" televizya kanalı məlumat yayıb.

Bu görüşlərdə İsrailin İranın nüvə obyektlərinə qarşı hücumla bağlı hərbi hazırlıq səviyyəsinin əhəmiyyətli dərəcədə artacağına qərar verilib.

"Netanyahu ABŞ-ın xarici işlər naziri, milli təhlükəsizlik müşaviri və Fransa prezidentinə ünvanladığı mesajlarda dünyanın İrana qarşı addım atmayacağı təqdirdə, İsrailin hərəkətə keçmək məcburiyyətində qalacağını və onun buna heç bir şübhəsi olmadığını vurğulayıb",- məlumatda bildirilib.

Bu görüşlər İranın uranın zənginləşdirilməsi səviyyəsinin 84%-ə çatdırılması istiqamətində gördüyü işlərin ifşasından sonra baş tutub.

İsrailin baş naziri də çərşənbə axşamı Təl-Əvivdə keçirilən təhlükəsizlik iclasının panelində deyib: “Təhlükəli dövlətlərin nüvə silahı istehsalını dayandırmağın yeganə yolu etibarlı hərbi təhdid və ya etibarlı hərbi əməliyyatdır. İranın nüvə silahı əldə etməməsi üçün əlimdən gələni edəcəyəm.

Bu, təkcə İsrailin deyil, həm də Amerikanın və bütün dünyanın xeyrinədir”.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar