SON XƏBƏRLƏR

İsrail İran kəşfiyyatı ilə əməkdaşlıq edən 5 vətəndaşını həbs edib - FOTO

2022.01.13, 10:38
İsrail İran kəşfiyyatı ilə əməkdaşlıq edən 5 vətəndaşını həbs edib - FOTO

Gunaz.tv

Bu barədə İsrailin Daxili Təhlükəsizlik Agentliyi Şin-Bet (Şabak) yanvarın 12-də yaydığı bəyanatında xəbər verib.


İsrailin məxfi kəşfiyyatı bildirib ki, özünü Rambod Namdar adı ilə təqdim edən və Tehran yəhudilərindən olduğunu iddia edən bir ETTELAAT əməkdaşı sosial şəbəkələr, o cümlədən də Facebook vasitəsilə israilli qadınlarla əlaqəyə girərək onları pul qarşılığında İran kəşfiyyatı ilə əməkdaşlığa cəlb edib. 

İsrail mediasının yaydığı xəbərdə bununla bağlı 4 qadın və 1 kişi həbs edilib.

İsrailin Daxili Təhlükəsizlik Agentliyi bildirib ki, İran kəşfiyyat orqanlarının əməkdaşı olan Rambod Namdar əməkdaşlığa cəlb etdiyi həmin şəxslərdən İsrailin hərbi təchizatından, eləcə də Amerikanın Tel-Əvivdəki səfirliyindən şəkillər çəkməyi, İsrailin təhlükəsizlik qurumlarının rəsmiləri barədə məlumat toplayıb Tehrana ötürülməsini tələb edib.

Qeyd edilir ki, əməkdaşlığa cəlb edilən İsrailli qadınlardan birinə İran kəşfiyyatına ötürdüyü məlumatlara görə 5 min dollar, digər bir qadına isə bir mərhələdə 1240 dollar pul ödənilib. 

İsrailin baş naziri Naftali Bennet İsrail kəşfiyyatını və ölkə polisini İranın bu ölkədəki casus şəbəkəsinin təhlükəli fəaliyyətini aşkarlayaraq zərərsizləşdirdiyini təbrik edib.

شین‌بت هویت مامور ایرانی که اسرائیلی‌ها را برای جاسوسی استخدام کرده بود،  افشا کرد | Euronews İsrail vətəndaşlarını əməkdaşlığıacəlb edən ETTELAAT məmuru Rambod Namdar

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar