SON XƏBƏRLƏR

İsrail İranın maraqlarına qarşı 400 hücum həyata keçirib

2022.04.11, 09:58
İsrail İranın maraqlarına qarşı 400 hücum həyata keçirib

Gunaz.tv

Qəzetin yazdığına görə, hava hücumları İranın hərbi ambisiyalarını dalana dirəsə də, qarşıdurmanı başqa sahələrə də yönəldib. 

Bu barədə İsrail ordusunun rəsmiləri aprelin 10-da "The Wall Street Journal" qəzetinə açıqlamalarında məlumat verib və bildiriblər ki, İsrail ordusu son 5 il ərzində İranın Yaxın Şərqdəki maraqlarına qarşı keçirdiyi hava hücumları nəticəsində 300 iranlı zabit, hərbçi həlak olub.

İsrail liderləri bu hücumları İranı çəkindirmək və iki düşmən arasında müharibə baş verəcəyi halda Tehranın İsrailə zərbə vurmaq qabiliyyətini zəiflətmək məqsədi daşıyan "müharibələr arasında müharibə" kimi qiymətləndiriblər.

İsrailin hücum hədəfləri arasında Rusiyanın İrana hədiyyə etdiyi hava hücumundan müdafiə sistemləri, iranlı hərbi məsləhətçilər tərəfindən qurulan dron bazaları və Livan Hizbullahının idarə olunan raket sistemləri olub. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar