SON XƏBƏRLƏR

İsrail İranın regional təhdidlərinə qarşı kəşfiyyat koalisiyası yaradır

2022.04.13, 08:52
İsrail İranın regional təhdidlərinə qarşı kəşfiyyat koalisiyası yaradır

Gunaz.tv

Beni Qantz mediaya verdiyi açıqlamasında Amerika və İran arasında razılaşma əldə olunmayacağı halda alternativ plan həyata keçirilməli olduğunu deyib. 

O bildirib ki, kəşfiyyat sahəsində əməkdaşlıq artırılmalı, habelə İran rejiminə qarşı kəşfiyyat koalisiyası yaradılmalıdır ki, bu yolla İranın nüvə obyektlərinin və fəaliyyətlərinin yoxlanılmaması kompensasiya edilsin.

Beni Qantzin sözlərinə görə, İsrail orudusu hücum və müdafiə bacarıqlarını özəlliklə İran hökumətinin başqa ölkələrdəki regional fəaliyyətlərinin izlənilməsi sahəsində artırmalıdır.

Onun fikirncə, uzunmüddətli perspektivdə Tehran rejiminin əsiri olan İran cəmiyyəti ilə dialoqa girilməlidir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar