"İranın Suriyadakı hərbi gücünün 90 faizini məhv etdik"-İsrail

24.10.2022, 08:28

“Jerusalem Post” qəzeti İsrailin yüksək rütbəli rəsmilərinə istinadən, İsrailin hücumları nəticəsində İranın Suriyadakı hərbi infrastrukturunun 90%-nin məhv edildiyini bildirib.

Gunaz.tv Quote | Gunaz article

Adı açıqlanmayan Təl-Əviv rəsmilərinin sözlərinə görə, İsrail son illər bu ölkədə silah istehsalı ilə bağlı İslam Respublikasının imkanlarının böyük hissəsini məhv etməyə nail olub.

Bu məlumata görə, İsrailin hücumları İranın Suriyada ona yaxın silahlı birləşmələrin yaradılması üçün hərbi bazalar qurmaq səylərini səmərəsiz edib.

“Jerusalem Post” qəzeti mənbələrinə istinad edərək Qasım Süleymaninin Suriyadakı planlarının iflasa uğramasının səbəbi kimi İsrail ordusunun İslam Respublikasının mövqelərinə hücumlarının davam etməsini qeyd edib. 

Keçmiş SEPAH Qüds Qüvvələrinin komandiri 2020-ci ilin 3 yanvarında Bağdad hava limanı yaxınlığında Amerikanın hücumu nəticəsində öldürülüb.

Qəzet daha sonra əlavə edir ki, İsrailin hücumları İslam Respublikasının Suriyaya dəniz, hava və quru yollarla silah qaçaqmalçılığına ciddi ziyan vurub.

İsrail təhlükəsizlik rəsmilərinin sözlərinə görə, bu hücumlar nəticəsində Suriya ordusunun silah və sursat istehsal etmək imkanları xeyli məhdudlaşıb.

Buna səbəb İranın və "Hizbullah"ın öz silahlarını istehsal etmək üçün Suriya avadanlıq və zavodlarından istifadə etməsidir.

Sonda “Jerusalem Post” Bəşər Əsədin ölkəsində İslam Respublikası və "Hizbullah"ın fəaliyyətini azaltmaq qərarını açıqlayıb.

İsrail mənbələrinin qiymətləndirməsinə əsaslanaraq, Suriya prezidenti ölkəsinin böyük şəhərlərində və sahilyanı ərazilərdə sabitliyi bərpa etməyə çalışmağı özünə prioritet hesab edib.

Suriyada İsrailə aid edilən sonuncu hücum, təxminən bir aylıq nisbi sükutdan sonra oktyabrın 22-də bu ölkə ordusunun Dəməşq hava limanı yaxınlığında hücumu ilə həyata keçirilib.

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20