SON XƏBƏRLƏR

İsrail Suriyada SEPAH-ın hərbi bazasına hücum edib: 4 nəfər ölüb

2021.10.20, 07:36
İsrail Suriyada SEPAH-ın hərbi bazasına hücum edib: 4 nəfər ölüb

Gunaz.tv

Bu barədə, mərkəzi ofisi Londonda olan Suriyada İnsan Hüquqları üzrə Monitorinq Qrupu məlumat yayıb.


Yayılan məlumata əsasən, İsrailin oktyabrın 13-ü axşam saat 23:24 radələrində Suriyanın Homs əyalətinin Palmira şəhəri yaxınlığında həyata keçirdiyi hava hücumunda İranın proksi qüvvələrinin mövqeləri hədəfə alınıb.


Bildirilir ki, hava hücumu nəticəsində Palmira şəhərinin şərqində və “T-4” hava bazasının yaxınlığında yerləşən İran rejiminə bağlı qüvvələrə məxsus bir kommunikasiya qülləsi və onların hərbi mövqeləri məhv edilib.


Hava zərbələri nəticəsində 4 nəfərin öldüyü bildirilir. Ölənlərdən biri Suriya ordusunun əsgəri, 3-ü isə İranın dəstəklədiyi proksi qüvvələrindəndir.


Yayılan məlumatda hava zərbələri nəticəsində öldürülən muzdluların adları açıqlanmayıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar