SON XƏBƏRLƏR

İsrail Suriyada İran bazalarına raket zərbələri endirib

2022.05.21, 04:48
İsrail Suriyada İran bazalarına raket zərbələri endirib

Gunaz.tv

Suriyanın rəsmi dövlət xəbər agentliyi olan “SANA” xəbəri təsdiq edib və hücum zamanı 3 Suriya zabitinin də öldüyünü bildirib.

Bununla yanaşı eyni vaxtda Suriyanın Tartus limanında İrana məxsus "Arzin" adlı neft daşıyan gəminin vurulduğu qeyd olunub.

İran İnqilab Keşikçilərinin nəzarətində olan media orqanları da, xəbəri təsdiqləyib və bunu “Zeynəb” ziyarətgahına raket hücumu kimi qələmə veriblər.

Qeyd edək ki, “Zeynəb” ziyarətgahı ilə İran hərbi bazasının arasında olan məsafə 1 kilometrdən çoxdur və raket hücumunun əsas məqsədinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) silahlılarının toplaşdığı yer oldub.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar