SON XƏBƏRLƏR

İsrail və Amerika İran təhdidlərinə cavab olaraq birgə hərbi hava təlimləri keçirib

2022.01.17, 12:59
İsrail və Amerika İran təhdidlərinə cavab olaraq birgə hərbi hava təlimləri keçirib

Gunaz.tv

Bu barədə İsrailin “Makor Rishon” qəzeti yanvarın 16-da məlumat yayıb.Bildirilir ki, hərbi hava təlimləri İsrail ərazisində keçirilib.

İsrailin İran tərəfindən gələn və gündən-günə artan təhdidləri qarşısında beynəlxalq koalisiyanı gücləndirilməyə başladığını bildirən “Makor Rishon” qəzetinin yazdığına görə, hər iki ölkə birgə hərbi təlimlər keçirməklə İrana açıq və şəffaf bir mesaj göndərmiş olublar.

Bildirilir ki, hərbi hava təlimlərində “F-16” qırıcılardan, “Golf Stream-500” casus təyyarələrindən, hərbi helikopterlərdən və digər hərbi avadanlıq və texnikadan istifadə edilib.

İsrail ordusunun bununla bağlı yaydığı bəyanatında bildirilir ki, israilli və amerikalı pilotlar komandasının “Səhra şahini” adı ilə keçirdiyi hərbi birgə təlimlərdə İranın bir sıra hərbi mərkəzlərinə qarşı hava hücumları simulyasiya edilib.

Hərbi təlimlərin detalları və simulyasiya edilən hava hücumlarında İranın konkret hansı hərbi mərkəzlərinin hədəfə alındığı mediaya açıqlanmayıb.

A.M 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar