SON XƏBƏRLƏR

"İsrail Azərbaycana xüsusi ehtiram göstərməlidir"-İsrail mediası

2022.05.03, 09:28
"İsrail Azərbaycana xüsusi ehtiram göstərməlidir"-İsrail mediası

Gunaz.tv

Bu fikir İsrailin keçmiş rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Karanın “The Yerusalem Post”da dərc olunmuş analitik məqaləsində yer alıb.

“Təxminən 1 il əvvəl Azərbaycana səfər etdim və həm Bakıda, həm də Qırmızı Qəsəbədə Azərbaycandakı yəhudi liderlərlə görüşməkdən çox məmnun oldum.

Məni qonaqpərvərliklə yanaşı, gözəl bəzəkli sinaqoqlar heyran etdi. Azərbaycan dünyada yeganə ölkədir ki, sinaqoqlar gecələr qapılarını kilidləmək məcburiyyətində qalmırlar. Azərbaycanda antisemitizm yoxdur”, - A.Kara qeyd edib.

“Ümid edirəm ki, Yəmən yəhudiləri dünyanın digər yəhudi icmaları ilə birlikdə Azərbaycanla möhkəm və dostluq münasibətləri qurmaq üçün çalışa bilərlər, çünki belə vaxtlarda biz Azərbaycana minnətdarlığımızı göstərmək üçün əlimizdən gələni etməliyik”, - o əlavə edib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar