SON XƏBƏRLƏR

İsraildə terror aktını həyata keçirən şəxsin kimliyi məlum olub

2022.03.30, 09:26
İsraildə terror aktını həyata keçirən şəxsin kimliyi məlum olub

Gunaz.tv

Məlumata görə, həmin şəxs Samariyanın şimalındakı Yabed kəndindən olan 26 yaşlı fələstinli Dia Hamarşdır. O, yerli vaxtla saat 20:00 radələrində Bney Brakın Şnayim küçəsində M16 avtomat silahından atəş açıb. Terrorçu orada üç mülki sakini öldürüb və Herzl küçəsində yola davam davam edərək oradan daha bir neçə nəfəri güllələyib.

Cinayətkar zərərsizləşdirilib. İsrailin Baş naziri Naftali Bennetin hücumla bağlı təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparıb.

Qeyd edək ki, bu, İsraildə bir həftə ərzində üçüncü terror aktıdır. Martın 27-də Hadera şəhərində odlu silahdan istifadə edilən hücum zamanı iki sərhəd polisi həlak olub, daha 12 israilli müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Martın 22-də isə İsrailin cənubundakı Beer Şeva şəhərində İŞİD-in bıçaqlı əməliyyatçısının həyata keçirdiyi hücum nəticəsində beş israilli həlak olub.

Hücum zamanı ölənlərin də adları da məlum olub. Qeyd edilir ki, terrorçunu güllələyən polis məmuru Amir Xuri özü də həlak olub. Hadisə zamanı həlak olan Nof A Qalil də həlak olub.

Digər qurban isə Bney Brak sakini Yakov Şalomdur. Terror aktında habelə ravvin Avişai Yehezkel də öldürülüb. Öldürülənlər arasında müharibədən qaçıb İsrailə gələn ukraynalı cütlük də var. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar