İsrailin BMT-dəki nümayəndəsindən İranla bağlı xəbərdarlıq

26.04.2022, 11:26

İsrailin BMT-dəki nümayəndəsi Gilad Ardan İranın atom bombası əldə etmək cəhdindən danışıb.

Gunaz.tv Quote | Gunaz article

Səfir bu ölkənin atom bombası əldə etmək üçün bir neçə həftəyə ehtiyacı olduğunu deyib.

“Hal-hazırda İranın qabaqcıl sentrifuqaları fəaldır və ayətullahlar rejiminin nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş urana sahib olmasına cəmi bir neçə həftə qalıb”-deyə, səfir xəbərdarlıq edib.

Qedy edək ki, İsrail hökuməti beynəlxalq ictimaiyyətin İslam Respublikası ilə imzaladığı nüvə sazişinə qarşıdır və danışıqların Tehranın nüvə silahına yiyələnməsinin qarşısını alacaq bir vasitə kimi görmür.
İran hökuməti 2018-ci ildə nüvə proqramını bərpa edib.

Bayden administrasiyası Amerikanın 2015-ci il sazişinə yenidən qoşulmasını Vaşinqtonun milli maraqlarına uyğun hesab edir.

İsrailin BMT-dəki səfirinin xəbərdarlığı ilə eyni vaxtda Amerika prezidenti Co Bayden və İsrailin baş naziri Naftali Bennet telefonda ümumi bölgəsəl və qlobal məsələlər, o cümlədən "İran və onun proksi qruplaşmalarının təhdidləri" barədə danışıblar.
Bennetin ofisindən bildirilib ki, o, Baydenlə Tehranın SEPAH-ı terrorçu qruplar siyahısından çıxarmaq istəyi haqda danışıb. 

Bennet İsrailin əsl dostu olan Baydenin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısından çıxarılmasına icazə verməyəcəyinə əminliyini bildirib.

"İsrail bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib: SEPAH  dünyanın ən böyük terror təşkilatıdır", - deyə o əlavə edib.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan Laçın dəhlizində gömrük postu qoyacaq –Sülhməramlıların komandanından açıqlama-VİDEO

2022-12-05

gun az article

İran üçün təhlükə getdikcə artır – ABŞ kəşfiyyatı

2022-12-05

gun az article

İran parlamentinin Hüquq Komissiyasının üzvü həbs olunanlarla bağlı dəqiq məlumat olmadığını iddia edir

2022-12-05

gun az article

Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

2022-12-05

gun az article

Azərbaycan və Türkiyə İranla sərhəddə birgə hərbi təlimlərə başladı –VİDEO

2022-12-05

gun az article

İranın Milli Təhlükəsizlik Şurasının üzvü: "Nazirlər Kabinetində islahat vacibdır"

2022-12-05

gun az article

Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş 10 nəfərin qalıqlarını Azərbaycana verib

2022-12-05

gun az article

Ukraynadakı müharibədə 33 gürcü döyüşçü həlak olub

2022-12-05

gun az article

İranda etirazçılar əhalini üçgünlük tətilə çağırıblar

2022-12-05

gun az article

İranda “Əxlaq” polisinin səlahiyyətləri azaldıla bilər

2022-12-05

gun az article

Amerikalı general: "İran Yaxın Şərqdə sabitliyi pozan əsas elementdir"

2022-12-04

gun az article

Əhməd Obalı Xudafərin körpüsünü ziyarət edib

2022-12-04

gun az article

Əhməd Obalı Ağalıya səfər edib

2022-12-04

gun az article

Zahidanda iki etnik bəluç edam edilib

2022-12-04

gun az article

İrana məxsus hərbi sursat və raket yanacağı daşıyan gəmi Oman körfəzində ələ keçirilib

2022-12-04

gun az article

Rusiya müdafiə nazirinin müavininin yeni PUA və raketlər üçün İrana getdiyi ehtimal edilir

2022-12-04

gun az article

Vaşinqtonda Güney Azərbaycana dəstək aksiyası keçirilib-FOTOLAR

2022-12-04

gun az article

İsrail Prezidenti tarixdə ilk dəfə Bəhreynə səfərə gedib

2022-12-04

gun az article

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

2022-12-04

gun az article

Azərbaycan XİN İrana nota verib

2022-12-03