SON XƏBƏRLƏR

İsrailin iki naziri ABŞ-da: İrana qarşı "b" planı müzakirə olunacaq

2021.12.07, 06:19
İsrailin iki naziri ABŞ-da: İrana qarşı "b" planı müzakirə olunacaq

Gunaz.tv

Bu barədə İsrail telekanalları məlumat yayıb.

İddia edilib ki, Qantz və Barnea amerikalı həmkarlarını İrana qarşı “B planı”nın icrasına çağıracaq.

İsrailli rəsmilərin ABŞ-ın İrana qarşı daha sərt sanksiyaların tətbiqinə çalışacaqları da qeyd edilib.

“12-ci kanal”ın məlumatına görə, hədəf kimi İranın nüvə obyekti deyil, Yəməndəki bazası seçilib.

“Bu zərbənin hədəfi İranı Vyana danışıqlarında yumşalmağa məcbur etməkdir. MOSSAD rəhbəri isə İsrailin İranın nüvə proqramına qarşı əməliyyatları haqda məlumat verəcək”, - məlumatda bildirilib.

İddiaya görə, ABŞ İsraili xəbərdar edib ki, zərbələrdən çəkinsin, çünki hər uğursuz zərbə obyektlərin bərpasını gücləndirir.    (axar.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar