SON XƏBƏRLƏR

İsrailin müdafiə naziri: "İranı dayandırmaq üçün yetərli hərbi gücümüz var"

2022.07.22, 03:33
İsrailin müdafiə naziri: "İranı dayandırmaq üçün yetərli hərbi gücümüz var"

Gunaz.tv

Nazir ölkəsinin İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün yetərli gücə malik olduğunu deyib.

Amerikanın “Atlantik” jurnalının redaktoru Cefri Qoldberqə müsahibə verən Qantz İranın nüvə silahı yaratmaq qabiliyyətini İsrailin varlığına təhlükə kimi qiymətləndirib.

O, belə bir hadisənin qarşısını almaq üçün lazım gələrsə, hərbi əməliyyatlar apara biləcəklərini, belə bir gücə malik olduqlarını və bundan son çarə kimi istifadə edəəcəklərini söyləyib.

Benni Qantz bu məsələdə Amerikanın dəstəyini alacaqlarına ümid etdiyini bəyan edib.

Qeyd edək ki, İsrailin müdafiə naziri iyunun ortalarında ölkəsinin Amerikanın dəstəyi ilə regional hava koalisiyası yaratmaqda olduğunu bildirmişdi.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar