SON XƏBƏRLƏR

"İrana qarşı regional hərbi qüvvələr yaradılmalıdır"- İsrailin müdafiə naziri

2022.06.14, 17:08
"İrana qarşı regional hərbi qüvvələr yaradılmalıdır"- İsrailin müdafiə naziri

Gunaz.tv

Nazir bu bəyanatla iyunun 14-də, Amerika prezidenti Co Baydenin Yaxın Şərqə səfəri ərəfəsində çıxış edib.

Qeyd edək ki, Co Baydenin iyulun 13-16-da İsrail, Fələstin əraziləri və Səudiyyə Ərəbistanına səfəri planlaşdırılır. 

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin məlumatına görə, Bayden körfəz ölkələri, Misir və İordaniya liderlərinin birgə görüşündə də iştirak edəcək.

Baydenin İsrail və Səudiyyə Ərəbistanı liderləri ilə danışıqlarında İranın nüvə proqramı və nüvə razılaşmasının bərpası üçün son bir ildəki nəticəsiz danışıqları əsas müzakirə mövzusu olacaq.

İsrailin müdafiə naziri Benni Qantz çıxışında Tel-Əvivin 2020-ci ildə "İbrahim Paktı" ilə tanınan körfəzin ərəb ölkələri ilə təhlükəsizlik sahəsində Misir və İordaniya ilə əməkdaşlığına toxunub.

O,  bu əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib. 

Qeyd edək ki, Donald Trampın prezidentliyi dövründə Amerika hökumətinin təşəbbüsü və dəstəyi ilə imzalanan “İbrahim paktı” Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə İsrail arasında diplomatik əlaqələrin normallaşmasına zəmin yaradıb.

O vaxtdan iki ölkə İsrail dövləti ilə iqtisadi, diplomatik və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirib.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar