SON XƏBƏRLƏR

İsrailin müdafiə naziri İranla bağlı müzakirələr aparmaq üçün Amerikaya gedib

2022.05.18, 08:05
İsrailin müdafiə naziri İranla bağlı müzakirələr aparmaq üçün Amerikaya gedib

Gunaz.tv

İsrailin müdafiə naziri Benni Qantz Vaşinqtona iki günlük səfəri zamanı müdafiə naziri Lloyd Ostin və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşərək İslam Respublikasının nüvə fəaliyyətinin inkişafı ilə bağlı artan narahatlıqları müzakirə edəcək.

İsrailin müdafiə naziri Benni Qantz mayın 17-də deyib ki, İran Nətənz atom elektrik stansiyasının yaxınlığında tikilməkdə olan yeraltı mərkəzlərində qabaqcıl uran sentrifuqaları üzərində işləyir.

“İran öz nüvə obyektlərində 1000 qabaqcıl IR6 sentrifuqlarının quraşdırılmasını başa çatdırmaq üçün çalışır, o cümlədən Nətənz yaxınlığındakı yeraltı obyektlərdə yeni mərkəzlər tikilir”-deyə, o, Tel-Əviv yaxınlığındakı Reyxman Universitetində çıxışı zamanı bildirib.

Eyni zamanda, İsrailin Kanal 13 televizyası Amerikanın İranın nüvə obyektlərinə hücumu simulyasiya etmək üçün İsrailin başladığı təlimində iştirakı barədə məlumat yayıb. 

Məlumata görə, Amerika Hərbi Hava Qüvvələri bu təlimdə İsrail qırıcılarını "İrana hücum manevrində" yanacaq dolduran təyyarələrlə tamamlayıcı qüvvə kimi müşayiət edəcək.

Ekspertlərin fikrincə, İranın nüvə obyektlərinə hücumun simulyasiya təlimində İsrail və Amerika arasında görünməmiş hava əməkdaşlığı İslam Respublikası liderlərinə danışıqları canlandırmaq və ya başqa variant seçmək üçün danışıqlara qayıtmaq üçün bir mesajdır. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar