SON XƏBƏRLƏR

İsrail səfirliyi İranın Latın Amerikasındakı fəaliyyətindən narahatdır

2022.06.17, 10:02
İsrail səfirliyi İranın Latın Amerikasındakı fəaliyyətindən narahatdır

Gunaz.tv

O, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının Latin Amerikasında silah qaçaqmalçılığı ilə məşğul olduğunu deyib.

Səfirlik İranın “Mahan” və “Qeşm Fars Air” hava yolları kampaniyalarının terrorçu qruplaşmalara silah tədarükündəki rollarına görə Amerikanın sanksiyalar tətbiq etdiyi şirkətlərdən olduğunu bildirib.

Bir neçə gün bundan öncə Argentina mediasının yazdığına görə, bu ölkənin hökuməti tərəfindən göyərtəsində SEPAH-ın Qüds Qüvvələri ilə əməkdaşlıq etməkdə şübhəli bilinən bir neçə iranlının olduğu Venesuela yük təyyarəsi saxlanılıb.

Argentina parlamentinin üzvü Jerardo Milman "Royters"ə verdiyi müsahibədə adı çəkilən yük təyyarəsinin ekipaj üzvlərinin kəşfiyyat missiyası daşıdıqlarını deyib.

Qeyd edək ki, bu təyyarənin uçuşlarında ekipaj üzvlərinin standartdan iki dəfə çox olması şübhə doğurur.

Saxlanılan yük təyyarəsinin uçuş heyətində 10 venesuelalı, 5 iranlının olması belə təyyarələrə nəzərdə tutulan standart ekipaj üzvlərinin sayından üç dəfə çoxdur.

Argentina polisi saxlanılan yük təyyarəsinin ekipaj üzvlərinin qaldığı oteldə araşdırma aparıb. 

Ölkənin təhlükəsizlik naziri uçuş məlumatında sərnişinlərin sayının real rəqəmlərdən daha az olduğunu və burada İranın daxili işlər naziri Əhməd Vəhidinin qohumlarından birinin də adının gözə çarpdığını deyib. 

Xatırladaq ki, 18 iyun 1994-cü ildə Argentinanın paytaxtında İrana bağlı terrorçular “Yəhudilərin Yardımlaşma Mərkəzi” binasına bomba qoyaraq 85 yəhudinin ölümünə, 300-dən çox yəhudinin yaralanmasına səbəb olublar.

Hal-hazırda Argentinada 230 min yəhudinin yaşadığı, bu ölkənin İsraildən qıraqda yəhudilərin ən çox yerləşdiyi 6-cı ölkə olduğuna görə, onlar daima İranın terror  hədəflərindən biri olublar.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar