“Bu səfərin region üçün və İrana qarşı mübarizə sahəsində mühüm nəticələri olacaq. Bu, regionda sabitlik və təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırmaq potensialına malikdir”-deyə, israilli nazir bildirib.
Entoni Blinken eyni gündə Naftali Bennettlə telefon danışığı aparıb.
Dövlət katibi tvitter-də yazıb ki, İsrail parlamentinin buraxılması, Vaşinqtonun Amerika və İsrail arasında güclü strateji münasibətlərə sadiqliyi və İranın regionda şər təsiri ilə bağlı qarşılıqlı narahatlıqlar müzakirə mövzuları olub.
Bundan bir gün öncə iyunun 20-də isə İsrailin müdafiə naziri Benni Qantz bildirib ki, İsrail Amerikanın dəstəklədiyi regional hava hücumundan müdafiə koalisiyası qurur və Baydenin səfəri koalisiyanı gücləndirə bilər.
Qeyd edək ki, son illərdə Amerikanın ərəb müttəfiqlərinə yaxınlaşan İsrail onlara İrana qarşı müdafiə sahəsində əməkdaşlıq təklif etsə də, onlar bu barədə geniş açıqlama verməkdən imtina edirlər.
Cavidan