SON XƏBƏRLƏR

Nəsrin Sutude: Ümummilli etirazlar davam edəcək və İranda rejim dəyişikliyi ehtimalı çox realdır

2022.09.30, 09:56
Nəsrin Sutude: Ümummilli etirazlar davam edəcək və İranda rejim dəyişikliyi ehtimalı çox realdır

Gunaz.tv

O, rejimin dəyişmə ehtimalını çox real hesab edib və bildirib ki, repressiyaların xarakterindən asılı olmayaraq, keçmişə qayıtmaq üçün heç bir yol görmür.

Tibbi məzuniyyətdə olan siyasi məhbus vı vəkilsentyabrın 29-da verdiyi müsahibəsində hökumətin təzyiqləri davam etdirəcəyini, lakin etirazların da davam edəcəyini vurğulayıb.

O vurğulayıb ki, repressiyaların mahiyyətindən asılı olmayaraq, bu yol geri dönməzdir və başlayan etirazlar, tətillər rejim dəyişikliyi ehtimalının çox ciddi olduğunu göstərir.

O, İslam Respublikasının totalitar sistem olduğunu və insanların gündəlik həyatda bu məsələni bütün vücudları ilə hiss etdiklərini söyləyib.

"Hər gün daha da aydınlaşan odur ki, insanlar açıq şəkildə rejimin dəyişdirilməsini tələb edirlər",- deyə, Nəsrin Sutude bildirib.

Vəkil xalqın tələblərinin yerinə yetirilmədiyi təqdirdə belə, reallığın həmişəlik dəyişəcəyini və insanların daha hökumətin tətbiq etdiyi məcburi hicaba dözməyəcəklərini qeyd edib.

“Məcburi hicab bir hökm olaraq bədənimizə tətbiq edilir və biz ölüm tunelində yaşamağa məhkumuq”,- deyə, Sutudə bildirib.

İnsan haqları fəalı həm müsahibələrində, həm də məhkəmələrdəki çıxışlarında dəfələrlə qadınlara edilən haqsızlıq və böyük zülmün bir gün İranı uçurumun aparacağını, böhran həddinə çatdıracağını barədə xəbərdarlıq etdiyini deyib.

Qadınların yaylıqlarını açmaqla ən dinc etiraz aksiyası keçirdiklərini deyən Nəsrin Sütudə bunun qarşılığında onlara qarşı repressiya və şiddətli davranışın mənasız olduğunu söyləyib.

Qeyd edək ki, bir çox siyasi məhbusun vəkili olmuş Nəsrin Sutudənin özü barəsində 12 illik həbs cəzası çıxarılıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar