SON XƏBƏRLƏR

Astanada MDB Hökumət Başçıları Şurasının iclası başlayıb

2022.10.28, 06:45
Astanada MDB Hökumət Başçıları Şurasının iclası başlayıb

Gunaz.tv

Məlumatı “Sputnik Kazaxıstan” yayıb.

Bildirilib ki, iclasda 10-dan çox sənədin qəbul ediləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının iclası 1991-ci ildən etibarən keçirilir. Budəfəki iclas sayca 80-cidir. Qurumun sonuncu toplantısı bu ilin mayında videokonfrans formatında baş tutub.

Xatırladaq ki, hazırda MDB-yə Qazaxıstan sədrlik edir. 2023-cü ildən isə sədrlik Qırğız Respublikasına keçəcək. Qazaxıstan və Rusiya isə həmsədr olacaq.

İclasda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir. (Report.az)

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar