SON XƏBƏRLƏR

İstanbul-İrəvan reysləri fevraldan işə düşəcək

2022.01.04, 10:53
İstanbul-İrəvan reysləri fevraldan işə düşəcək

Gunaz.tv

Aviaşirkət fevral ayında Türkiyədən Ermənistana uçuşlara başlamaq niyyətindədir.

Ermənistanın “Flyone Armenia” şirkəti də oxşar müraciətlə Mülki Aviasiya Komitəsinə müraciət edib.

Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib ki, Türkiyənin “Pegasus” şirkəti fevral ayından başlayaraq həftədə iki uçuş həyata keçirmək üçün müraciət edib.

Onun sözlərinə görə, Mülki Aviasiya Komitəsinə yaxın müddətdə ərizəyə baxacaq.

Ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.
 
Dekabrın 24-də məlum olub ki, Ermənistanın “Flyone Armenia” aviaşirkəti də İrəvan-İstanbul və əks istiqamətdə uçuşların həyata keçirilməsi üçün Mülki Aviasiya Komitəsinə sorğu göndərib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar