SON XƏBƏRLƏR

İstanbulda İranın baş konsulluğu qarşısında aksiya keçirilib

2022.09.30, 05:36
İstanbulda İranın baş konsulluğu qarşısında aksiya keçirilib

Gunaz.tv

İranın baş konsulluğunun qarşısına toplaşan narazılar molla hakimiyyətinin etirazçılara qarşı repressiyalarını pisləyib.

Onlar İranda yaşayan xalqlarla həmrəy olduqlarını bildirib və dünya ictimaiyyətini repressiyalara qarşı daha tutarlı reaksiya göstərməyə çağırıblar.

Qeyd edək ki, Türkiyə mediası İranda baş verən hadisələri geniş işıqlandırır.

Bu ölkənin 30-dan çox insan haqları təşkilatları və dərnəkləri, siyasət, idman və sənət adamları İrandakı etirazçılara dəstək bəyanatları yayıblar.

Bundan öncə sentyabrın 21-də də, Türkiyənin İstanbul şəhərində yaşayan mühacir iranlılar İranın baş konsulluğunun qarşısına toplaşaraq Məhsa Əmininin öldürülməsindən sonra etiraz aksiyası keçirənlərlə həmrəy olduqlarını bildiriblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar