SON XƏBƏRLƏR

Stiven Mnuçin: “İrana qarşı iqtisadi təzyiqi gücləndirəcəyik”

2021.10.20, 07:36
Stiven Mnuçin: “İrana qarşı iqtisadi təzyiqi gücləndirəcəyik”

Gunaz.tv

GünazTV: Oktyabrın 28-də İsrailə səfər edən Amerikanın maliyyə naziri Stiven Mnuçin jurnalistlərə açıqlamasında İranın nüvə proqramından və Tehrana qarşı sanksiyaların şiddətləndirilməsindən danışıb.

 

İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Mnuçin deyib ki, İrana qarşı təzyiqlərdə məqsəd, rəsmi Tehranı danışıqlar masası arxasına qaytarmaqdır: “Biz apardığı nüvə fəaliyyətinə görə İrana qarşı iqtisadi təzyiqləri gücləndirəcəyik. Mən indi cənab Netanyahunun komandası ilə birgə nahar mərasimindən qayıdıram. Baş nazirin komandası mənimlə görüşdə bir neçə konkret ideya ortaya qoydular və biz hökmən həmin ideyalar üzərində işləyəcəyik” –deyə, Amerikanın maliyyə naziri Stiven Mnuçin bəyan edib.

 

Qeyd edək ki, İran hökumətinin dünyada terrorizmin ən böyük himayədarı olduğunu bildirən Amerika rəsmiləri, İran rejimini regionun sabitliyini pozmaqda, terrorizmə rəvac verməkdə günahlandırırlar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar