SON XƏBƏRLƏR

Stiven Mnuçin: “İrana qarşı sanksiyalar siyahısına daha 300 fiziki və hüquqi şəxsin adları daxil ediləcək”

2021.10.20, 07:36
Stiven Mnuçin: “İrana qarşı sanksiyalar siyahısına daha 300 fiziki və hüquqi şəxsin adları daxil ediləcək”

Gunaz.tv

 GünAzTV: ABŞ maliyyə naziri Stiven Mnuçin noyabrın 2-də jurnalistlərə açıqlamasında İrana qarşı geniş sanksiyaların icrasından danışıb.

 

O bildirib ki, Tehranla nüvə sazişinin imzalanmasının ardınca ləğv edilmiş bütün sanksiyalar, noyabrın 5-dən başlayaraq yenidən bərpa ediləcək: “Sanksiyaların yenidən bərpa olunması çərçivəsində, 700-dən çox fiziki və hüquqi şəxsin adları, Amerikanın İrana qarşı sanksiyalar siyahısına salınacaq. Bunlardan isə 300-ü, siyahıya salınacaq yeni fiziki və hüquqi şəxs və qurumlardan ibarətdir.

 

Həmin gün jurnalistjlərlə görüşən Amerikanın dövlət katibi Mayk Pompeo məsələyə toxunaraq bildirib ki, geniş sanksiyaların tətbiqində məqsəd, İranı öz rəftarını dəyişməyə vadar etməkdir: “Əgər İran sanksiyalardan yaxa qurtarmaq istəyirsə, irəli sürdüyümüz 12 şərti yerinə yetirməlidir. Həmin şərtlərə əsasən, İran beynəlxalq terrorizmə dəstəyindən əl çəkməli, Suriyadakı hərbi varlıq və müdaxiləsinə son qoymalı, nüvə və raket proqramını tamamilə dayandırmalıdır”.  

 

 

Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar