SON XƏBƏRLƏR

“Su məsələsi Həmədan üçün ciddi problemə çevrilib” – Millət vəkili

2021.10.20, 07:36
“Su məsələsi Həmədan üçün ciddi problemə çevrilib” – Millət vəkili

Gunaz.tv

GünAz TV: Həmədan və Fameninin İran parlamentindəki millət vəkili Əmir Xocəstə təmsil etdiyi əyalətin su qıtlığından əziyyət çəkdiyini bildirib.

 

O bu barədə Həmədan Əyalətinin Planlaşdırma və İnkişaf  Şurasının keçirdiyi tədbirdə çıxış edib.

 

“Həmədanda su məsələsi ciddi problemə çevrilib. Bütün gücümüzlə bu məsələni həll etməyə çalışmalıyıq.

Hazırda 11 şəhər və 171 kənddə su sıxıntısı yaşanır. Əyalətin məsulları problemi aradan qaldırmaq üçün büdcə vəsaiti haqda düşünməli və bunun üçün lazımi işləri görülməlidir. Bundan əlavə, suyun təmini ilə əlaqədar icrasına başlanılıb yarımçıq buraxılan projelərlə bağlı da tədbir alınmalıdır.”- deyə o bildirib.

 

Əmir Xocəstə yarımçıq qalan projelərdən danışarkən Həmədanın “Meydan bar” layihəsini xüsusi vurğulayıb. O bildirib ki, bu layihə əyalətin ən böyük projelərindən biridir. Çoxlu iş fürsəti yarada biləcək projedə işlər dayandırılıb. Bu qəbuledilməzdir.

 

Millət vəkili sözlərinin sonunda Həmədan valisinə xitabən təkidlə vurğulayıb ki, əyalətə sərmayə yatırmaq üçün iş adamlarının cəlb olunmasına xüsusi cəhd göstərilməlidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar