Sudanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Nurəddin Satti Birləşmiş Ərəb Əmirliyi ilə İsrail arasında əlaqələrin normallaşdırılmasına münasibət bildirib.
Gunaz.tv
Onun sözlərinə görə, ölkəsi rəsmi olaraq regionda sülhün bərqərar olması istiqamətində atılan bütün addımları alqışlayaraq, sülhün bütün ölkələr arasında əldə edilməsini istəyir.
Səfir hazırda ölkəsində İsraillə münasibətləri normallaşdırmaqla bağlı yekdil ictimai rəyin olmadığını, bu məsələnin müəyyən müddət araşdırılmalı olduğunu deyib.
Nurəddin Satti, həmçinin qeyd edib ki, İsraillə düşmənliyi davam etməyin lüzumu yoxdur, əsl təhlükə İrandır.
"Şübhəsiz ki, İranın ekspansionist (tousee tələbane) siyasəti regionda sülh və əmin-amanlığa qarşı ən böyük təhdidi formalaşdırır. İraq, Livan və Yəmənə İranın müdaxilə etməsinə şahidik. Bu isə ciddi təhdiddir", - deyə səfir fikrini tamamlayıb.
Qeyd etmək lazımdır ki, 2019-cu ildə xalq tərəfindən islamçı prezident Ömər Əl-Bəşirin devrilməsidən sonra bu ölkənin müvəqqəti hakimiyyəti Qərblə, xüsusilə də ABŞ-la normal münasibətlər saxlamağa təlaş göstərir. Ömər Əl-Bəşir İsraillə düşmənliyi ölkənin xarici siyasətində əsas prioritetlərindən biri elan etmişdi.
Ə.A