SON XƏBƏRLƏR

Sulduz əhalisi seçkilərin nəticəsi məlum olduqdan sonra küçələrə toplaşaraq şənlik edib - VİDEO

2021.10.20, 07:36
Sulduz əhalisi seçkilərin nəticəsi məlum olduqdan sonra küçələrə toplaşaraq şənlik edib - VİDEO

Gunaz.tv

GünAz TV: Fevralın 21-də keçirilən parlament seçkilərində Sulduz və Üşnəviyyə seçki dairəsindən azərbaycanlıların dəstək verdiyi Əli Zəncani Həsənluyi deputat seçilib.

 

Artıq Ə.Zəncaninin qələbə qazandığını Sulduz Şəhər İcra Hakimiyyətinin başçısı təsdiqləyib. İcra Hakimiyyətinin başçısı bildirib ki, Ə.Zəncani 128 min 731 səsdən 78 min 673 səsi qazanıb. Babaxan İskəndəri isə 50 min 58 səs qazanaraq ikincə yerdə qərarlaşıb.

 

Ötən gecə qeyri-rəsmi mənbələr azərbaycanlıların dəstək verdiyi namizədin qalib gəldiyini bildirincə, Sulduz əhalisi şəhərin mərkəzi küçələrinə toplaşaraq şənlik edib və sevinclərini bölüşmüşdülər.

 

https://www.youtube.com/watch?time_continue=32&v=OYgt4xCKGyQ&feature=emb_logo

 

Ötən həftələrdə radikal kürd cərəyanları və terror qruplaşmaları geniş təbliğat apararaq Sulduzdan kürd deputat parlamentə göndərməyi, bununla da Sulduzu kürd şəhəri kimi təqdim etməyi planlaşdırırdılar. Lakin azərbaycanlı milli-mədəni fəalların çağırışı və Sulduz əhalisinin birlik nümayiş etdirməsi nəticəsində radikal kürdçü qüvvələrin planları zərərsizləşdirildi.

 

Seçkilərə bir neçə gün qalmış Sulduz şəhərindən deputatlığa namizədliyini irəli sürən türk namizədlər təqdirəlayiq qərar verərək vahid namizəd üzərində dayanıb, Ə.Zəncanidən başqa hamısı namizdliyini geri götürmüşdür. Onların bu qərarı azərbaycanlıların əldə etdiyi qələbədə böyük rol oynayıb.

 

Azərbaycanlı milli-mədəni fəallar Qərbi Azərbaycan şəhərlərində olan xüsusi şəraiti nəzərə alaraq türk əhalisini Urmiya, Sulduz, Sayınqala və Tikantəpə seçki dairələrində aktiv olmağa çağırmışdılar.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar