SON XƏBƏRLƏR

Sulduz şəhər şurası kürd idmançının heykəlinin ucaldılması ilə bağlı etiraz bəyanatı yaydı

2021.10.20, 07:36
Sulduz şəhər şurası kürd idmançının heykəlinin ucaldılması ilə bağlı etiraz bəyanatı yaydı

Gunaz.tv

GünazTV: Güney Azərbaycanın Sulduz şəhərinin şura üzvləri bəyanat yayarak şəhər meydanında kürd idmançının heykəlinin ucaldılmasına etirazlarını bildiriblər.

 

 

Heykəl öncədən elan olunmadan aprelin 16-da Sulduzun Qüds meydanında quraşdırılıb.

 

Sulduz Şəhər Şurasının üzvləri yaydıqları bəyanatda  heykəlin qoyulmasını səlahiyyətsiz şəxslərin bələdiyyənin işlərinə  müdaxiləsi kimi dəyərləndirib, məsələ ilə bağlı etirazlarını əlaqəli “nəzarət qurumlarına” bildiriblər.

 

Bəyanatda həmçinin heykəlin ucaldılmasında əli olan səlahiyyətsiz şəxslərlə bağlı təcili və ciddi qanuni tədbirlərin görülməsinin zərurəti vurğulanıb.

 

Onlar həmçinin əlavə ediblər ki, müvafiq tədbirlərin görülmədiyi təqdirdə şura üzvləri öz istefa ərizələrini səlahiyyətli orqanlara təqdim edəcəklər.

 

 

Heykəlin təxminən 3 ildir Üşnəviyyə Su və Kanalizasiya İdarəsinin rəisinin şəxsi həyətində saxlandığı bildirilir. Heykəlin 1979-cu il 19 aprel- qətliamının ildönümü günlərində ucaldılması xüsusi diqqət çəkir. Deyilənlərə görə, Sulduzun keçmiş kürd kökənli millət vəkili Əbdulkərim Hüseynzadə sözügedən heykəlin hazırlanması üçün 350 milyon tümən vəsait ödəyib.

 

 

Sulduz əhalisi bundan əvvəl islam inqilabının birinci illərində Sulduzun kürd terror qruplaşmalarından azad edilməsində böyük rolu olan Qulamrza Həsəninin heykəlinin ucaldılmasını istəyib, lakin bu tələb müxtəlif bəhanələrlə məsullar tərəfindən rədd edilib.

 

 

Radikal kürdlər Qərbi Azərbaycana kürd kökənli vali (Məhəmməd Mehdi Şəhriyari) təyin olunduqdan sonra daha da aktivləşib.

 

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar