SON XƏBƏRLƏR

Sulduz və Makı şəhərlərində mağaza sahibləri etiraz aksiyası keçirib – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Sulduz və Makı şəhərlərində mağaza sahibləri etiraz aksiyası keçirib – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Yük maşınlarının sürücüləri kütləvi şəkildə etiraz aksiyası keçirdiyi bir vaxtda Sulduz və Makı şəhərlərində mağaza sahibləri də aksiya keçirib.

 

Məlumata görə, Sulduzda bir çox mağaza sahibi iş yerlərini bağlayaraq şəhərə hakim kəsilən gərgin iqtisadi vəziyyətə öz etirazlarını bildiriblər.

 

Aşağıdakı görüntülərdə mağazaların 6-cı gün bağlı olduğunu və bazarın fəaliyyət göstərmədiyini müşahidə etmək mümkündür.

 

GünAz TV-nin izləyicilərindən birinin sözlərinə görə, mağaza sahibləri bahalıq və ağır iqtisadi vəziyyətdən dolayı mallarını sata bilmir, onlar hətta mağaza kirayələrini belə ödəyə bilmirlər.

 

Məlumata görə, bazarın durğun olması səbəbindən bir çox obyekt sahibi mülkiyyətini satışa çıxarıb.

 

Oxşar etiraz aksiyası Makı şəhərində qeydə alınıb.

 

Makı Azad Ticarət Məntəqəsinin iş adamları sərhədyanı bölgələrin əhalisinə tətbiq olunan gömrük qanunlarına etiraz olaraq ticarət fəaliyyətlərini dayandırıblar. Makılı mağaza sahibləri iş yerlərini mayın 23-dən bağlayıb, onlar dolların bahalaşması və ölkədən çıxış üçün tələb olunan rüsumun artmasına etiraz edirlər.

 

Aşağıdakı video mayın 26-da Makı bazarında keçirilən aksiyanı göstərir:

https://www.youtube.com/watch?v=kxiCqmiBtVM

 

 

Sulduz bazarı, mayın 26-ı:

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar