SON XƏBƏRLƏR

Sulduzda divarlara Abbas Lisani və digər milli məhbusların azadlığını tələn edən şüarlar yazılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Sulduzda divarlara Abbas Lisani və digər milli məhbusların azadlığını tələn edən şüarlar yazılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Sulduz şəhərində azərbaycanlı gənclər divarlara tanınmış milli-mədəni fəal Abbas Lisani və həbsdə olan digər fəalların azadlığa buraxılmasını tələb edən şüarlar yazıblar.

 

Şüarlar bazar günü axşam saatlarından yazılmağa başlayıb.

 

Hazırda şəhərin ən hərəkətli yerlərində “Abbas Lisani azad olsun”, “Siyamək Mirzayi azad olsun”, “Milli fəallar azad olsun” və s. kimi şüarlara rast gəlinir.

 

Ötən günlərdə iyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşü ərəfəsində Güney Azərbaycanın müxtəlif şəhərlərində təxminən 80 nəfər milli-mədəni fəal saxlanılıb.

 

İyulun 2-də Ərdəbil şəhərində iş yerində yaxalanan tanınmış fəal Abbas Lisani hazırda Təbrizin Mərkəzi Zindanının özəl bölümündə təknəfərlik kamerada saxlanılır. O bu müddətdə bir neçə dəfə Təbrizin Ettelaat İdarəsinə aparılaraq sorğu-suala tutulub. Ettelaat İdarəsinin təkidi ilə, zindan məsulları kimsəyə, o cümlədən Abbas Lisaninin ailəsinə onunla görüşmək icazəsi vermir.

 

Qeyd edək ki, Abbas Lisani Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə uzun illər həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Aşağıdakı görüntülər Sulduzdan GünAz TV-yə göndərilib:

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar