SON XƏBƏRLƏR

Sulduzda divarlara Abbas Lisaninin azadlığını tələb edən posterlər yapışdırılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Sulduzda divarlara Abbas Lisaninin azadlığını tələb edən posterlər yapışdırılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Sulduzda divarlara tanınmış azərbaycanlı fəal Abbas Lisaninin azadlığını tələb edən posterlər yapışdırılıb.

 

Həmin posterlər yerli milli-mədəni fəallar tərəfindən çap olunub.

 

Posterlərdə “Biz hamımız Lisaniyik” və “Abbas lisani azad olunsun” kimi sözlər yazılıb.

 

Sulduz şəhərində tanınmış fəalın saxlanması ilə bağlı dəfələrlə oxşar etirazlar müşahidə olunub.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil Ettelaat İdarəsinin təcrixanasına, oradan isə bu şəhərin həbsxanasına intiqal edilib. O hələ də Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Ərdəbil Prokurorluğunda keçirilən iclasda onun qondarma 4 ağır ittihamla üzləşdiyi məlum olub.

 

Fəal başqa bir dosyesinə görə, Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 10 ay həbs cəzasına məhkum edilib, hökm ötən günlərdə Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

 

Abbas Lisani uzun illərdir Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar