Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24 09:36

Güney Azərbaycanın Sulduz şəhəri yaxınlığında dəhşətli yol nəqliyyat qəzası baş verib. Jurnalistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

Gunaz.tv Quote | Gunaz article

İran Təcili Yardım Mərkəzinin verdiyi məlumata görə, jurnalistlər "Kani sib" tuneli və Urmu gölünün son durumu ilə tanış olmaq üçün bölgəyə səfər ediblərmiş.

İranın Yardım və Xilasetmə Təşkilatının başçısı Mehdi Vəlipur hadisənin iyunun 23-ü, Saat 18:00 radələrində Urmu-Sulduz yolunda baş verdiyini bildirib.

M.Vəlipur hadisə yerinə 3 yardım və xilasetmə qrupunun cəlb edildiyini, Təbrizdən Hava Xilasetmə Komandasının göndərildiyini açıqlayıb.


Onun sözlərinə görə, qəza nəticəsində “İSNA” informasiya agentliyinin müxbiri Məhşad Kərimi və “İRNA” agentliyinin müxbiri Reyhanə Yasini hadisə yerində ölüb,  daha 21 nəfər isə yaralanıb.

Xanım Yasini dövlət İRNA xəbər agentliyində “İRNA 24”ün baş redaktoru olub. O, “İran” qəzeti, “Seda” həftəlik və “Aseman” qəzeti kimi müxtəlif media qurumları ilə əməkdaşlıq edib.

 

Hadisənin daha bir qurbanı Məhşad Kərimi İSNA xəbər agentliyinin ekologiya şöbəsində çalışıb.

Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri Universitetinin Təcili və Təxirəsalınmaz Tibbi Xidmətləri Mərkəzinin müdiri hadisə zamanı eləcə də 21 nəfərin yaralandığını və xəsarət alanların tibb mərkəzlərinə çatdırıldığını açıqlayıb. Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Məhşad Kərimi Urmu gölü və Azərbaycan ətraf mühiti ilə bağlı bir çox xəbərlərin müəllifi olub. O, mayın 21-də yayınladığı xəbərdə SEPAH-ın Sulduz yaxınlığında qoruq bölgəsində keçirdiyi hərbi təlimlər nəticəsində 6 hektar ərazidə yanğın çıxdığını bildirib, buna görə məsul məqamları qınamışdı.

 

“SEPAH ətraf mühit mühafizəçilərini bölgədən uzaqlaşdıraraq Urmu Gölü Milli Parkına aid olan Sulduz gölü ətrafında hərbi təlim keçirib. Nəticədə 6 hektarlıq ərazi yanıb. Ətraf mühit mühafizəçiləri yeni yumurtadan çıxmış cücələrin yanaraq öldüklərini deyirlər"-deyə, Məhşad Kərimi özünün sosial media hesabında yazmışdı. 
 

واژگونی اتوبوس حامل خبرنگاران در نقده؛ قلمی که به آخرین خبر نرسید - ایرنا۲ کشته و ۲۱ مصدوم در پی واژگونی اتوبوس خبرنگاران در نقده | خبرگزاری ایلنا


C.E


Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

SEPAH-ın hərbi təlimləri Sulduzda yanğına səbəb olub

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30