SON XƏBƏRLƏR

Sulduzda saxlanılan fəalların yaxınları ilə görüşünə qadağa qoyulub

2021.10.20, 07:36
Sulduzda saxlanılan fəalların yaxınları ilə görüşünə qadağa qoyulub

Gunaz.tv

GünAz TV: Urmiyə Ettelaat İdarəsinin əməkdaşları Sulduzda saxlanılan iki güney azərbaycanlı fəalın yaxınları ilə görüşünə qadağa qoyulduğunu bildirib.

 

Mirmusa Ziya Gərgəri və Səccad Şəhiri iyunun 22-də Sulduz şəhərində ayrı-ayrılıqda saxlanılaraq Urmiyənin Ettelaat İdarəsinə aparılıb.

 

Fəalların saxlanmasından 17 gün keçməsinə baxmayaraq ailələri onların hansı səbəbdən tutulduğu və vəziyyəti haqda heç bir məlumat əldə edə bilmir. Məlumata görə, səlahiyyətli orqanlar bu barədə hərhansı məlumat verməkdən imtina edir.

 

Mirmusa Ziya Gərgəri və Səccad Şəhirinin ailə üzvləri Sulduz şəhərində məhkəmə və təhlükəsizlik orqanlarına müraciət etdikdən sonra fəalların Urmiyə Ettelaat İdarəsinin təcridxanasına aparıldığını öyrəniblər. Bundan sonra onlar Urmiyənin Ettelaat İdarəsinə müraciət edib, lakin onlara məyusedici cavab verilib. “Müraciət etməyin, onların yaxınları ilə görüşməsi qadağandır. Sorğu-sual mərhələsi başa çatdıqdan sonra vəziyyətləri barədə məlumat veriləcək.”- deyə Ettelaat əməkdaşları bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar