SON XƏBƏRLƏR

Sulduzda ŞƏHİDlərimizin əziz xatirəsi anıldı

2021.10.20, 07:36
Sulduzda ŞƏHİDlərimizin əziz xatirəsi anıldı

Gunaz.tv

GünAzTv: Sulduzda 2006-cı ilin may ayının 25-də (4 xurdad – 1385ci il) Güney Azərbaycan milli qiyamı zamanı Sulduz şəhrində qanları ilə tarix yazan şəhidlərimizin Məzarı üzərində mərasim keçirilib. Bu barədə GAİP saytı məlumat yayıb.

 

Dünən 25 may (4 xurdad) sulduz əhalisi 2006 cı ildə vətənləri uğrunda canverən və şəhdilik mərtəbəsinə yüksələn 3 şəhidimizin məzarı üzərində toplaşıb və mərasim keçiriblər. bu mərasim də ilk növbədə bütün şəhidlərimizin ruhlarına tanrıdan rəhmət dilənib və dua oxunubdur.

 

Duva mərasimindən sonra qatılımcılar tərəfindən Şəhdilərimizin xatirəsinə bir neçə şeir sunulub və bu əzizlərimizin yollarının dəvam ediləcəyi vurqulanıb.

 

Artırmaq lazımdır ki Şəhidlərimizdən Tohid Azəryunun qardaşı Vəli Azəryun və Hüseyin Fəthipurun qardaşı Kərim Fəthipur ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən bir neçə gün əvvəl həbs olunub və şəhidlərimizin məzarlarına getməmək üçün tapşırıq almışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar